Ən güclü suşirinləşdirici qurğular Cənub-Qərbi Asiyanın varlı ölkələrindədir. Şirinləşdirilmiş sular əhalinin içməsi üçün yararlı deyil, məişətdə və sənayedə (maşınqayırma zavodlarında, elektrik stansiyalarında) istifadə olunur.
Ölkələr (2018) | |
1. | Səudiyyə Ərəbistan |
2. | ABŞ |
3. | Birləşmiş Ərəb Əmirlikləri |
4. | Çin |
5. | İspaniya |
6. | Küveyt |
7. | Qətər |
Dünya okeanı qiymətli xammal və yanacaq mənbəyidir. Okean və dənizlərin şelf zonalarından çıxarılan qiymətli yanacaq - neft və təbii qaz daha böyük əhəmiyyət kəsb edir. İran körfəzi, Şimal dənizi, Meksika körfəzi, Kaliforniya sahilləri, Cənubi Çin və Xəzər dənizlərindən kifayət qədər neft və təbii qaz çıxarılır. Dənizlərin şelfində dəmir filizi, mis, nikel və civə yataqları kəşf edilmişdir.
Okeanların dibində toplanmış, səthə qaldırılması mümkün olan zəngin filiz ehtiyatları var. Onlar Sakit okeanın mərkəzi və şərq hissəsində daha çoxdur (16 mln. km2). Bu filizlərin çıxarılmasına ilk cəhdi Havay adaları rayonunda ABŞ göstərmişdir. Böyük Britaniya, Kanada, Yaponiya və Çində sualtı daş-kömür mədənləri var. İndoneziya, Tailand, Malayziya sahillərində qalay, Namibiya sahillərində isə almaz çıxarırlır.
Əhalinin və iqtisadiyyatın müxtəlif sahələrində enerjiyә olan tələbatın ödənilməsində Dünya okeanı mühüm rola malikdir. Dünya okeanından enerji almaq üçün ilk növbədə, qabarma-çəkilmədən istifadə edilir.
Açıq dəniz və okeanlara çıxışı olan Fransa, Kanada, Böyük Britaniya, Avstraliya, Argentina, ABŞ və Rusiyada qabarmanın gücündən enerji alınır. Bu məqsədlə artıq xeyli sayda qabarma elektrik stansiyaları tikilmişdir.
Bir sıra ölkələrdə dalğa və cərəyanların enerjisindən istifadə olunması layihələri işlənilir. Belə bir elektrik stansiyası fransızlar tərəfindən Afrika sahillərində quraşdırılmışdır.