Şәkil vә mәtn üzrә iş
• Arqayl gölü – Avstraliyada yerləşən bu süni
şirinsulu gölün sahəsi 1000 km
2-ə yaxındır.
Gölün suyundan suvarmada istifadə olunur.
Göldə xeyli balıq növü yetişdirilir.
• Torrens gölü – böyüklüyünə görə Avstraliyanın
ikinci duzlu axarsız gölüdür. Cənubi Avstraliyada
yerləşir. Gölün çüxuru son 150 ildə yalnız bir
dəfə su ilə dolmuşdur. Göl milli park elan edilmişdir.
– Avstraliyada içməli su problemini hansı yollarla həll etmək mümkündür?
Avstraliya regionun ən böyük şirinsulu gölləri Tasmaniyada yerləşir. Əhalinin
suya olan tələbatını ödəmək üçün Avstraliyada səth suları çatışmır. Lakin Avstraliya
böyük yeraltı artezian sularına malikdir. Materikdə çoxlu sayda artezian hövzələri
tapılaraq istifadə olunur. Onlar sənaye və kənd təsərrüfatının su təchizatında böyük
rol oynayır. Avstraliyanın ən böyük artezian hövzəsi olan Böyük Artezian hövzəsi
Karpentariya körfəzindən Darlinq hövzəsinə qədər uzanır. Yeraltı sulardan çox
istifadə olunması bir çox sahələrdə onların tam tükənməsinə gətirib çıxarmışdır.
Mәtn vә şәkil üzrә iş
• Masazır gölü Azərbaycanın Abşeron yarımadasında
yerləşir. Lakin o, xarıcı görünüşünə görə Hiller gölünü
xatırladır. Onun da sularının rəngi tünd-çəhrayıdır.
Şəkildən istifadə etməklə suallara cavab verin:
1. Şor, yoxsa şirinsulu göldür?
2. Masazır gölü axarlı, yoxsa axarsız göldür?
3. Gölün rəngi nə üçün qırmızıdır?
4. Göldən hansı məqsəd ilə istifadə oluna bilər?