Mәtn üzrә iş
• Nil çayı – Şimali Afrikanın ən böyük sərvətidir. Çayın sahilləri qədim zamanlardan
məskunlaşmışdır.
Nil çayı Şimali Afrikanın ən böyük sərvətidir.
1974-cü ildə çayın üzərində Misir və Sudan ərazisində Nasir (Asuan) su anbarı yaradılmışdır.
Ondan Nil çayının axınının tənzimlənməsində, daşqınların qarşısının alınmasında, elektrik enerjisi
istehsalında, suvarma, gəmiçilik və balıqçılıqda istifadə edilir. SES-də istehsal olunan enerji ölkədə
çoxsaylı istehsal sahələrinin yaradılmasına imkan yaratmışdır. Su anbarından suvarma kanallarının
çəkilməsi geniş sahələrdə ilboyu əkinçiliyin inkişafına təkan verir. Bu isə il ərzində 2–3 dəfə məhsul
götürməyə və ərzaq probleminin həll edilməsinə imkan yaratmışdır. Sahildəki Asuan şəhəri
yeni mərkəzə çevrilmişdir. Su anbarı sahilində çimərlik, hovuz, su-idman komplekslərini birləşdirən
böyük turizm mərkəzi yaradılmış, yeni mehmanxanalar tikilmişdir. Nasir su anbarı
ərazinin iqliminə böyük təsir göstərmişdir. Burada buludlu və yağışlı günlərin sayı artmış, havanın
orta illik temperaturu 2°C aşağı düşmüş, rütubətlik 15–
20% yuxarı qalxmış, sutkalıq brizlərin təsiri güclənmiş,
köçəri quşların sayı artmışdır. Nasir su anbarının
ətraf mühitə mənfi təsiri də vardır.
Çayın gətirdiyi
münbit çöküntülər bənddən yuxarıda toplandığına görə
bənddən aşağıda olan torpaqların münbitliyi itir. Bu
itkini əvəz etmək üçün hər il torpaqlara azot gübrələri
verilir.Su anbarından aşağıda çay sularının bulanlıqlığı
azalmışdır. Yeni yaradılan müəssisələrdən axıdılan
sənaye tullantıları suyun çirklənməsinə və canlı aləmin
məhvinə səbəb olur. İlboyu suvarma şəraitinin yaradılması
bəzi yoluxucu xəstəliklərin daşıyıcısı olan su orqanizmlərinin
yaşayışı üçün əlverişli mühit yaratmışdır.
Mətndəki faktları qruplaşdırın və cədvəli tamamlayın:
Su anbarının təsiri |
Mətndəki faktlar |
1. Təsərrüfat sahələrinin inkişafına su anbarının təsiri:
|
|
2. Su anbarlarının ərazinin təbii şəraitinə təsiri:
|
|
3. Nasir su anbarının tikilməsinin mənfi nəticələri:
|
|
Uzunluğuna, axımın həcminə görə Afrikanın çaylarının çoxu dünyanın nəhəng
çaylarından sayılır (Nil, Konqo). Çayların əksəriyyəti gəmiçilik üçün az yararlıdır,
lakin nəhəng hidroenerji ehtiyatlarına malikdir. Afrikanın çaylarında çoxlu astana və
şəlalələr vardır. Tuqela çayı üzərindəki Tuqela şəlaləsi (CAR) Afrika şəlalələri içərisində
ən məşhuru olmasa da, hündürlüyünə görə (947 m) dünya şəlalələri arasında
ikinci yeri tutur.