Su təchizatı (hər nəfərə görə min m3/il) | Ölkələr |
100-dən çox | |
50-100 | |
25-50 | |
10-25 | |
5-10 | |
0,5-5 | |
0.5-dən az |
Afrikada daxili suların paylanması relyef və iqlimlə sıx əlaqədardır. Materikin mərkəzində ekvatorial iqlimdə yerləşən ərazilərdə çay və göl şəbəkəsi sıxdır. Tropik enliklərdə Afrikanın çayları qısa, az sulu olub, əksəriyyəti okeana çatmır və materikdaxili axarsız çökəkliklərdə quruyur.
Afrika çayları Atlantik okeanına (Nil, Konqo, Niger, Seneqal, Oranj), Hind okeanına (Zambezi, Limpopo və s.) və daxili axarsız hövzəyə (Şari) tökülür.
Mərkəzi Afrika çayları əsasən yağışla qidalanır və ilboyu bol sulu olur, məsələn, Konqo çayı. Subekvatorial qurşaqda çaylar ilin yağışlı dövründə bol sulu olur. Quru tropik iqlimə malik ərazilər, demək olar, səth sularından məhrumdur, lakin orada tranzit çaylar mövcuddur. Onlar başlanğıclarını çoxlu yağıntı düşən ərazilərdən götürür və əlavə qida almayaraq quraq rayonlarla axır. Məsələn, Nil çayı öz başlanğıcını ekvatorial ərazilərdən götürür, geniş məsafədə subekvatorial enliklərdən keçərək tropik səhralara çıxır.
Tropik qurşaqda nadir hallarda yağan qısamüddətli leysan yağışlar dərələrə dolur. Az sonra su quma hopur və ya buxarlanır. Qurumuş çay dərələri (vadilər) qalır. Subtropik qurşaqdakı çaylarda suyun səviyyəsi yağışlı dövrdə qalxır. Aralıq dənizi sahilindəki qısa çaylar qış aylarında bolsulu olur.