• Katatumbo çayının Marakaybo gölünə
töküldüyü
yerdə il ərzində 1,2–1,6 milyon dəfə, yəni
hər gecə 7–10 saat şimşək çaxır. Bu hadisə And
dağlarından gələn hava kütlələri ilə yerli
bataqlıqdan
qalxan metan qazının toqquşması ilə izah
edilir. Şimşək 400 km uzaqlıqdan görünür. Bu,
ətraf sularda üzən gəmilər üçün “təbii mayak”-
dır.
Marakaybo
gölündə neft
hasilatı
“Katatumbo
möcüzәsi”.
Marakaybo gölü
üzərində ildırım
hadisəsi
Göl Venesuela iqtisadiyyatında mühüm rol oynayır. Belə ki, burada çıxarılan
böyük həcmdə neft bu ölkənin gəlirinin əsas hissəsini təşkil edir.