Xəritə-sxem coğrafi məlumatların əyani və anlaşılan üsulla göstərildiyi, sadələşdirilmiş və ümumiləşdirilmiş şərti işarəli coğrafi təsviridir. Xəritə-sxemlərdə qrafika üsulundan (qrafik təsvirlər) istifadə edilir.
Kartoqram - coğrafi xəritədə hər hansı bir kəmiyyət göstəricisinin ərazi daxilində dəyişməsini vizual əks etdirən təsviridir. Kartoqramda məlumatlar müxtəlif ştrixlər, rənglər və nöqtələrlə ifadə olunur.
Kartodiaqram coğrafiya xəritəsi ilə diaqramın birləşməsidir. Burada məlumatlar həndəsi fiqurlar (daha çox dairə və sütunlar) vasitəsilə verilir. Fiqurların ölçüləri xəritədə təsvir edilən məlumatların kəmiyyət göstəricilərini əks etdirir. Məsələn, təqdim edilən xəritədəki diaqramda dairənin böyüklüyü bu şəhərdə sənaye sahələrinin gücünü bildirir.