Şimali Amerikanın şimal-qərbindəki Yukon çayı Asiyadakı Sibir çaylarını xatırladır. Yukon çayı Sakit okeana axır.
Şımal Buzlu okeanı hövzəsinə aid olan çaylar ilin çox hissəsini buzla örtülü olur. Bu hövzənin ən böyük çayı Böyük Kölə gölündən başlayan Makkenzidir. Şimali Amerika çaylarının qidalanma rejimi və səviyyəsi müxtəlifdir.
Göllərinin ümumi sahəsinə görə Şimali Amerika yalnız Avrasiyadan geri qalır. Göllərdən ən böyükləri Böyük Ayı, Böyük Kölə, Vinnipeq və Atabaska tektonik və buzlaq mənşəlidir. Şimali Amerikanın Böyük Gölləri dünyada ən böyuk şirinsulu göllərdir.
Böyük Göllər kompleksinin tərkibinə beş göl daxildir. Bu göllər qrupu Müqəddəs Lavrenti çayı vasitəsilə Atlantik okeanına birləşir.
Bu göllər qışda donmur. Onların hər biri özünəməxsus xüsusiyyətə malikdir. Göllərin ABŞ və Kanada iqtisadiyyatında mühüm rolu vardır. Onların sahilləri əhalinin sıx məskunlaşdığı ərazilərdəndir. Göllər şirin su mənbəyi olmaqla yanaşı, turizm baxımından da əhəmiyyətlidir.