Cənub-Qərbi Asiyada ən nəhəng çay sistemləri olan Dəclə və Fərat Mesopatamiya ovalığı boyunca axır. Qızıl İrmaq çayı isə Anadolu yaylasında Qara dənizə tökülür.
Dəclə və Fərat böyük əhəmiyyətli çaylar olub, qədim zamanlardan əhalinin həyat və təsərrüfat fəaliyyətində mühüm rola malikdir.
Asiyanın iri gölləri Aral (Qazaxıstan–Özbəkistan), Baykal, Taymır (Rusiya), Balxaş (Qazaxıstan), İssık-Kul (Qırğızıstan), Urmiya (İran), Kukunor, Lobnor (Çin), Van, Tuz (Türkiyə), Xubsuqul (Monqolustan), Xəzər dənizi (Avropa və Asiya sərhədi), Asiyanın ən dərin Qxor çökəkliyindəki Ölü dəniz (İsrail–İordaniya) hesab edilir.
Hövzə | Çaylar | Xüsusiyyətləri |
Şimal Buzlu okeanı | ||
Sakit okean | ||
Hind okeanı | ||
Atlantik okeanı | ||
Daxili axınlar |
a) Yantsızı çayı – Asiyanın әn uzun (5800 km)çayıdır. O, Çin әrazisindәn axır. Yantsızı çayı әtrafı әhalinin sıx mәskunlaşdığı әrazilәrdәn biridir. Onun hövzәsindә Çin әhalisinin 1/4 hissәsi mәskunlaşmışdır. Yantsızının mәnbәyi Tibetin şәrq hissәsindә yerlәşir. Çay ŞәrqiÇin dәnizinә tökülür. O, musson yağışları zamanı daşır. Yantsızı çayının nәqliyyat әhәmiyyәti böyükdür. Aşağı axarda, hәtta okean gәmilәri dә hәrәkәt edә bilir. Çayın vә onun qollarının suyundan suvarmada istifadә olunur.
b) Xuanxe çayı (çincә – “sarı”) – uzunluğu 4670 km-ә bәrabәrdir. Çayın mәnbәyi Tibetin şәrq hissәsindә yerlәşir. Yay aylarında bolsulu olur. Orta axarında gil süxurları ilә örtülü olan Lyoss yaylasından keçir. Gilli süxurlar çayın suyuna sarı rәng verir. Çayın mәnsәbi olan Sarı dәnizin adı da bununla әlaqәdardır. Xuanxe suları әkin sahәlәrinin zәmilәrinin suvarılmasında geniş istifadә olunur. Xuanxe vadisi әhali ilә sıx mәskunlaşmışdır.
Xuanxe vә Yantsızı çayları bir-biri ilә 1700 km şimaldan cәnuba uzanan “Böyük kanal” vasitәsilә birlәşdirilmişdir.