Bu çaylardan qış aylarında suvarmada istifadə olunur. Bu
ərazilər əhalinin tarixən sıx məskunlaşdığı və dünyadakı ən mühüm əkinçilik rayonlarından
biridir.
Mәtn üzrә iş
• |
1992-ci ildə Çində Yantsızı çayı üzərində nəhəng “Üç
dərə” su-elektrik stansiyasının tikintisinə başlanıldı.
Çayın üzərindəki bənd 185 m hündürlüyə və 2 km-dən
artıq uzunluğa malikdir. Bəndin tikintisinin çoxsaylı
tərəfdarları ilə yanaşı, əleyhdarları da var idi.
|
Tapşırıq (debat). Bəndin tikintisinin lehinə və əleyhinə olanların dəlillərini təhlil
edin və öz
fərziyyənizi irəli sürün.
“Lehinә olanlar”
- Son minillikdə Yansızı çayında 215 dəfə daşqın baş
vermişdir.
- 1998-ci ildə daşqınlar nəticəsində 4000 insan həyatını
itirmiş, 14 milyon sakin öz evlərindən məhrum olmuş,
iqtisadiyyata 24 milyard ABŞ dollar məbləğində zərər
dəymişdir. Bənd tikildikdən sonra daşqınların başvermə
ehtimalı sıfıra bərabərdir.
- “Üç dərə” SES-də 15 AES-in istehsal etdiyi miqdarda
enerji istehsal olunacaqdır.
- Su anbarı suvarılan əkin sahələrinin çoxalmasına səbəb
olacaqdır.
- Hər il minlərlə litr tullantı və çirkli sular Yantsızı
çayına axıdılır. “Üç dərə” layihəsinə əsasən isə bu
tullantılar təmizləndikdən sonra çaya axıdılacaqdır.
- Yeni SES bu ərazidə yeni müəssisələrin yaranmasına
şərait yaradacaqdır.
- “Üç dərə” SES hər il 40 mln. ton kömürə qənaət edilməsinə imkan verəcək,
bu isə milyonlarla ton karbon qazının, tozun, kükürd 2-oksidin atfosferə atılmasının qarşısını alacaq.
“Әleyhinә olanlar”
- Üç dərə” tikintisi zamanı 13 şəhər, 140
qəsəbə və 1300 kənd su altında qalmış,
1,3 milyon insan öz yaşayış yerlərini
tərk etməyə məcbur olmuşdur.
- Çinin 1300 arxeoloji abidəsi məhv
edilmiş və həmişəlik su altında qalmışdır.
- Ekoloji dəyişikliklər baş vermiş, əsasən
də, bir çox balıq növləri yox olmuşdur.
- Minlərlə zavod və mədən su altında
qalmışdır. Bu isə suya zəhərli maddələrin
daxil olmasına şərait yaratmışdır.
- Su bəndindən aşağıda yaşayan 360
milyon nəfərdən artıq insan daim
ciddi təhlükə altındadır.
Mərkəzi Asiyada çay və göl şəbəkəsi seyrəkdir. Ən mühüm çaylar – Amudərya,
Sırdərya, Kaşqadərya, Tarim uca dağlardan başlayaraq qumlu səhralara və axarsız
hövzələrə (Balxaş, Aral) tökülür.