Su təchizatı (hər nəfərə görə min m3/il) | Ölkələr |
100-dən çox | |
100 | |
50 | |
25 | |
10 | |
5 |
Asiyanın bütün iqlim qurşaqlarında yerləşməsi, hündür dağ və geniş düzənliklərə malik olması daxili sulara təsir edir. Şimali Asiyada Sibir çaylarının (Ob, Yenisey, Lena, Yana, İndiqirka, Kolıma və s.) əksəriyyəti Şimal Buzlu okeanına tökülür. Uzunluqlarına görə Ob (5410 km) və Lena (4400 km) çayları fərqlənir. Sutoplayıcı sahənin böyüklüyünə görə Ob , bol sululuğuna görə isə Yenisey çayı fərqlənir. Sibir çaylarının qidalanmasında qar və yağış suları üstünlük təşkil edir. Yazda çaylar daşır, suyun səviyyəsi 7–18 m qalxaraq ətraf sahələri basır.
Sibirin çayları üzərində nəhəng SES-lər tikilir. Su axınının təzyiqini artırmaq üçün çay dərəsində bәnd tikilir. Bənddən yuxarıda – dərənin daha enli hissəsində yaradılan “anbarda” su toplanır. Su anbarında toplanan suyun təzyiqi artır və SES-in gücünün artmasına imkan verir. Su anbarları balıqçılıq, turizm, içməli su, suvarma məqsədləri üçün də istifadə edilir.
SES-lər nəhəng sənaye komplekslərinin formalaşmasına təsir edir. Onların yaxınlığında enerji tələb edən sənaye sahələri yaradılır. Məsələn, Yenisey çayı üzərində tikilmiş Sayan-Şuşenski SES-in yaxınlığında onun enerjisindən istifadə edən alüminium zavodları və molibden kombinatı fəaliyyət göstərir.
Şərqi, Cənub-Şərqi və Cənubi Asiyanın iri çayları – Amur, Xuanxe, Yantsızı, Mekonq, Qanq, Hind və s. yay aylarında daşır. Bu, musson yağışları ilə əlaqədardır. Daşqınlar zamanı çaylar ətrafda fәlakәtli tәbiәt hadisәsi yaradır, milyonlarla hektar əkin sahələri məhv olur.