Dövr | Dövrlərə uyğun hadisələr |
Yüz illər | |
Min illər | |
Milyon illər | |
Milyard illər |
III və IV rəqəmlərinə uygun gəlir?
Yer planeti, onun təbiəti və bəşəriyyətin inkişaf prosesi başa çatmamışdır. Təbiət və əhali bir-birinə təsir göstərməklə daim dəyişir və inkişaf edir.
Təbiət və cəmiyyətdə baş verən bir çox hadisə və prosesləri coğrafiya elmi öyrənir. Öyrənmə prosesi informasiyanın toplanmasından başlayır. İnformasiyalar peyk stansiyaları, məsafədən ölçmə cihazları və çöl tədqiqatları zamanı əldə edilir və statistika idarələrində toplanır. Məlumatlar xüsusi laboratoriya avadanlıqlarının, kompüter proqramlarının köməyi ilə alimlər tərəfindən təhlil olunur. İnformasiya yalnız mətn, qrafik, cədvəl və şəkillər formasında deyil, həmçinin digər üsullarla da təqdim edilir. Ən geniş yayılmış və daha çox istifadə olunan təqdimetmə üsulu - kartoqrafik təsvirlər, eləcə də coğrafi xəritələrdir.
Keçmiş zamanlarda xəritələr səyyah, dənizçi və tacirlərin danışıqları əsasında tərtib olunurdusa, hazırda bu işlə coğrafiyanın bir sahəsi olan, ciddi riyazi prinsiplərə əsaslanan kartoqrafiya və ya xəritəşünaslıq elmi məşğul olur. Təsvir olunan ərazi haqqında məlumatlar - ərazinin aero və kosmik fotoçəkilişləri vasitəsilə əldə edilir və bunun əsasında topoqrafik xəritə tərtib olunur.
Xəritə ilə yanaşı, coğrafiyaçılar başqa təsvir vasitələrindən - xəritə-sxem, kartoqram və kartodiaqramlardan da istifadə edirlər.