Yay gündönümündə K və L məntəqələrində günəş şüalarının düşmə bucağını hesablayın.
Günəş B məntəqəsində zenitdə olduğu vaxt L məntəqəsində günəş şüalarının düşmə bucağını
tapın.
A və D məntəqələrinin hansı saat qurşağında yerləşdiyini təyin edin.
Hansı məntəqələrdə yerli və qurşaq vaxtı eynidir?
K məntəqəsində qurşaq vaxtı ilə saat 10:00 olduğu vaxt C məntəqəsində qurşaq vaxtını tapın.
Xәritә üzrә iş
Afrikanın şimal hissәsinin iqlim xәritәsi
Verilmiş mәntәqәlәrin aşağıdakı plan üzrә iqliminin sәciyyәsini verin. 1) Yanvarın orta temperaturu nə qədərdir?
2) İyulun orta temperaturu nə qədərdir?
3) Mütləq maksimum temperatur neçədir?
4) Orta illik yağıntının miqdarı nə qədərdir?
5) İlin hansı dövründə cənub-şərq küləkləri hakim olur?
6) Qışda hansı istiqamətdən əsən küləklər üstünlük təşkil edir?
Nәticә çıxarın: – Verilən məntəqələr hansı iqlim qurşağında yerləşir?