Kür-Araz, Samur-Dəvəçi ovalıqları və Naxçıvanın, Arazboyu düzənliklərində illik yağıntının miqdarı 300 mm-dən azdır. Yağıntıların miqdarı Xəzər dənizi sahillərindən qərbə, düzənliklərdən dağlara doğru tədricən artır.
Dağlarda yağıntılar orta dağlığa doğru çoxalır. Ən çox yağıntı Talış dağlarında (1700-1800 mm) və Böyük Qafqazın cənub yamacında (1400-1600 mm) müşahidə olunur. Orta dağlıqdan yüksəkliyə qalxdıqca yağıntıların miqdarında azalma müşahidə olunur.