II. Azәrbaycan Respublikasında havanın orta illik temperaturunun dәyişmәsi. Respublikamızda havanın orta illik temperaturu düzənlik ərazilərdə 14–14,5°C təşkil edir. Dağlara doğru 2000 m yüksəklikdə orta illik temperatur 4–5°C, 3000 m yüksəklikdə isə +1–2°C olur. Orta illik temperaturun 10°C-dən yüksək olması əkinçilik üçün böyük əhəmiyyətə malikdir.
+10°C-dən aşağı | +10°C-dən yuxarı |
III. Azәrbaycan Respublikasında yağıntının paylanması. Azərbaycan Respublikasında atmosfer yağıntılarının miqdarına, mövsümi və illik paylanmasına təsir edən əsas amillər – hava kütlələri, ərazinin relyefi və Xəzər dənizidir. Respublika ərazisində ən az yağıntı Qobustanın cənub-şərqinə, Abşeron yarımadasının cənub sahilinə düşür: 150–200 mm-dən az.