Avstraliyada şimaldan cənuba doğru cənub subekvatorial, cənub-tropik, cənub subtropik qurşaqları yaranır. Tasmaniya adasının cənub hissəsi mülayim iqlim qurşağında yerləşir.
I. Azәrbaycanda günәş radiasiyasının paylanması. Azərbaycanda Günəş radiasiyasının illik miqdarı 120–160 kkal/sm2 arasında dəyişir. Bu rəqəm Naxçıvanda maksimuma çatır. Şərur-Ordubad düzündə 148–150 kkal/sm2, yüksək dağlıq zonada isə artaraq 152–160 kkal/sm2 təşkil edir. Kür-Araz ovalığında günəş radiasiyasının qiyməti 128–132 kkal/sm2-dir. Orta dağlığa doğru, radiasiyanın miqdarı azalır və 120–124 kkal/sm2-ə qədər enir.