Avstraliyanın qərb sahillərinə soyuq Qərbi Avstraliya cərəyanının təsiri böyükdür. Sahilboyu səhraların yaranması da bununla izah olunur. Materikin şərq sahilləri isti Şərqi Avstraliya cərəyanının təsiri altındadır ki, bu da çoxlu miqdarda atmosfer yağıntılarının düşməsinə və zəngin üzvi aləmin formalaşmasına səbəb olur.
Kənd təsərrüfatının xarakterik sahələri | İqlim qurşaqları |
Xırdabuynuzlu heyvandarlıq | |
Ətlik-südlük heyvandarlıq | |
Taxılçılıq və sitrus meyvəçilik | |
İstifadə olunmayan və az istifadə olunan ərazilər |
Böyük Suayırıcı silsiləsi Sakit okeandan gələn rütubətli hava axınının qarşısını alır. Sakit okeandan əsən cənub passatları il ərzində Şərqi Avstraliya sahillərinə çoxlu yağıntı gətirir.
Avstraliyada ən yüksək temperatur Darlinq çayının orta axınında müşahidə edilmişdir (+52,8°C); qışda dağlıq ərazilərdə temperatur –20°C-yə qədər enə bilir.