Afrika, demək olar ki, ekvatora nəzərən simmetrik yerləşir. Ona görə də Şimal və Cənub yarımkürələrində ilin fəsilləri əksinədir. Şimalda – iyun, iyul, avqust, cənubda isə dekabr, yanvar və fevral yay aylarıdır. Materikin şimal hissəsi cənuba nisbətən daha genişdir. Ona görə də şimal hissəsinin iqlimi daha quru və kontinentaldır.
Günəşin zenitdə olduğu məntəqələr | Günəşin zenitdə olmadığı məntəqələr | Uyğun günlərdə günəşin zenitdə olduğu məntəqələr |
|||
Yaz gecə-gündüz bərabərliyi | Yay gündönümü | Payız gecə-gündüz bərabərliyi | Qış gündönümü | ||
Afrika sahillərini yuyan Kanar, Bengel, Somali soyuq cərəyanları sahilboyu ərazilərdə quru iqlimin formalaşmasına səbəb olur. Materikin cənub-şərq sahilləri boyunca axan isti Mozambik və İynə burnu cərəyanları isə yağıntının miqdarını artırır.
İqlimdə kəskin dəyişmələrin səbəblərindən biri də relyefdir. Məsələn, Kilimancaronun zirvəsində il ərzində temperatur 0°C-dən aşağıdır. Ekvator yaxınlığında yerləşməsinə baxmayaraq, yamacların ekspozisiyası, hakim küləklər düşən yağıntıların miqdarına təsir edir. Madaqasqar adasının və Draqon dağlarının şərq yamaclarına çoxlu miqdarda yağıntı alır. Buna səbəb onların Hind okeanından gələn passat küləklərinin yolu üzərində yerləşməsidir.
Ekvatorial iqlimin əsas xüsusiyyəti il ərzində hər gün təkrarlanan hava şəraitinin olmasıdır. Səhər hava aydın olur, gündüz güclü qızan Yer səthindən isinən hava
İqlim qursaqları | Ölkələr |
Ekvatorial | |
Subekvatorial | |
Tropik | |
Subtropik |
Tropik iqlim qurşağında yağıntılar az düşür. Sutkalıq temperatur amplitudu 40°C-yə çatır və illik amplituddan çox olur. Tropik qurşaq daxilində suvarma tətbiq etmədən əkinçiliyi inkişaf etdirmək qeyri-mümkündür. Ona görə də bu ərazilər zəif məskunlaşmışdır.
Subtropik qurşaq Afrikanın şimalında Aralıq dənizi sahillərini və materikin cənub hissəsini əhatə edir. Bu qurşaqda fəsillər daha aydın nəzərə çarpır.