Yer planetində qeyri-üzvi aləm üzvi aləmdən daha əvvəl yaranmışdır. İnsanın əmələ gəlməsi isə yaxın vaxtlarda baş vermişdir. Yerin planet kimi yaranmasının yaşı milyard illərlə, ona təsir edən və dəyişə bilən canlı orqanizmlərin yaşı milyon illərlə hesablandığı halda bəşəriyyətin tarixi min illərlə ölçülür. İnsanların təsərrüfat fəaliyyətinin (sənaye, kənd təsərrüfatı və qeyri-istehsal sahələri) təbiətə daha güclü təsiri isə yüz illərlə hesablanır.