Yağıntılar ilboyu bərabər düşür, bu ərazilər insanların yaşayışı və təsərrüfat fəaliyyəti üçün əlverişsizdir, çünki yağıntıların bolluğu səthin bataqlıqlaşmasına səbəb olmuşdur.
Ekvatorial iqlim qurşağından şimal və cənubda subekvatorial iqlim qurşağı yerləşir. Bu qurşaq yayda rütubətli ekvatorial hava kütlələrinin, qışda isə quru tropik hava kütlələrinin təsiri altında olur. Fəsillər rütubətin dəyişməsinə görə müəyyən edilir. İllik yağıntı 1000 mm-dən 2000 mm-ə qədər dəyişir.
Şimal vә Cәnub yarımkürәlәrinin subekvatorial
qurşaqlarının iqlim diaqramları.
Tropik iqlim qurşağı cənub subekvatorial qurşaqdan cənubda yerləşir. O, Braziliya yaylasının cənub-şərq rayonlarını, La-Plata ovalığının şimalını və Sakit okean sahillərini əhatə edir. Qurşağın qərb hissəsində iqlim quru, şərqində isə rütubətlidir.
Cənubi Amerikada 30–40° cənub enlikləri arasında subtropik iqlim qurşağı, materikin cənubunda mülayim iqlim qurşağı yerləşir. Şərqdə, Atlantik okeanı sahillərində iqlimin formalaşmasına soyuq Folklend cərəyanı təsir göstərir. Bura ilboyu yağıntı az düşür (100–250 мм). Mülayim qurşağın Sakit okean sahillərinə isə yağıntı çox düşür (800–2000 мм).