Mәtn üzrә iş
• Cənubi Amerikanın qərbində dünyanın
ən quraq
Atakama sәhrası yerləşir. O,
Çilidə Sakit okeanın sahilindədir. Son
100 ildə bu səhrada cəmi 5 dəfə leysan
yağış yağmışdır. Atakamanın yaranmasının
səbəbi Cənubi Amerikanın qərb sahilləri
boyunca hərəkət edən soyuq Peru
cərəyanıdır. Sərin, ağır hava hündürə
qalxa bilmir, ona görə də bulud yaranmır
və səhraya yağış düşmür. Lakin bura
dünyanın ən dumanlı yerlərindən biridir.
Hava kütlələri And dağlarının yamacı
boyunca yuxarı qalxdıqca hava soyuyur,
sıx duman yaranır.
– Şəkildəki torun nə
üçün istifadə olduğunu
fərz edin.
• Duman – atmosfer hadisəsidir.
O, havadakı su buxarının
kondensasiyası nəticəsində
yaranır.
Quraqlıqdan əziyyət çəkən
əhali şirin su problemini həll
etmək üçün “duman tutan” şəbəkə
yaradır. Şəbəkələrin
altında kondensasiya olunmuş
suyun toplanması üçün çənlər
yerləşdirilir. Onlar sistem halında
olur. Bu suları yerli əhali
həm içməli su kimi, həm də
kənd təsərrüfatında suvarma
məqsədilə istifadə edir.
Müzakirә edin:
1. Dünyanın quraq regionlarında su əldə edilməsinin hansı qeyri-adi üsulları barədə eşitmisiniz?
2. Azərbaycanın quraq rayonlarında suyun əldə edilməsinə dair fərziyyələr irəli sürün. Aran və
Abşeron kimi quraq zonalarında suya olan tələbat haradan ödənilir?
Cənubi Amerika coğrafi mövqeyinə görə çoxlu istilik ala bilir. Materik üzərində
müxtəlif enliklərdə ekvatorial, tropik və mülayim hava kütlələri formalaşır.
İqlimə meridional istiqamətdə uzanan And dağları böyük təsir göstərir.
Materik ərazisinə yağıntıların düşməsində Atlantik okeanının rolu böyükdür.
Sahil boyunca axan isti cərəyanlar bol rütubətin düşməsinə səbəb olur.