Kaliforniya yarımadası sahillərini yuyan soyuq Kaliforniya cərəyanı isə havanın temperaturunu aşağı salır və sahildə səhraların yaranmasına səbəb olur.
Şimali Amerikada ekvatorial iqlim qurşağından başqa, Şimal yarımkürəsindəki bütün iqlim qurşaqları var. Hər bir iqlim qurşağı özünün temperatur rejimi və yağıntıların paylanması ilə səciyyələnir.