Meksika körfəzi üzərində formalaşan isti və rütubətli hava kütlələri qurunun içərilərinə
daxil olur və şimaldan gələn soyuq hava kütləsi ilə toqquşur.
Şәkil üzrә iş
“Hava proseslərinin iqtisadiyyatın sahələrinə təsiri” sxemini araşdırın və tapşırığı yerinə yetirin.
– Verilmiş fakta əsasən sxemə analoji olan sxem tərtib edin: “Leysan yağışlar nəticəsində ölkənin
cənub ştatlarında bütün pambıq məhsulları ziyan çəkmişdir. Bu, toxuculuq kombinatlarının yerli
xammalla təchiz olunmasına mənfi təsir göstərəcəkdir. Bu məlumat daha hansı iqtisadi nəticələrə
səbəb ola bilər?”
Relyefin iqlimə təsiri materikdə yağıntıların paylanmasında da özünü göstərir.
Materikin qərbində yerləşən hündür dağlar Sakit okeandan materikin içərisinə daxil
olan hava kütlələrinin qarşısını alır. Okeandan gələn rütubətli qərb küləkləri Kordilyer
dağlarının qərb yamaclarına bol yağıntı gətirir.
Xəritə-sxem üzrə iş
- Ən çox yağıntı hara
düşür?
- Ən az yağıntı hara düşür?
- Atlantik okeanı sahillərinə
nə qədər yağıntı düşür?
- Materikdə yağıntıların
miqdarı hansı istiqamətdə
azalır?
- Qərbdən-şərqə doğru
- Şərqdən-qərbə doğru
- Okean sahillərindən
materikin mərkəzinə
doğru
Atlantik okeanında isti Holfstrim cәrәyanı materikin cənub-şərqinə və şərqinə təsir
edir. Okean üzərindən gələn isti və rütubətli hava çoxlu yağıntı düşməsinə səbəb
olur. Materikin şimal-şərqinə isə soyuq Labrador cәrәyanı təsir göstərir. Bu cərəyan
Kanada sahillərində temperaturun aşağı düşməsinə səbəb olur.
Alyaska və Şimali Sakit okean isti cərəyanları isə materikin qərb sahillərində temperaturu
və yağıntının miqdarını artırır.