Qışda yağıntı çox az olur və bəzi illərdə ümumiyyətlə, yağıntı düşmür. Ona görə də qar örtüyü nazik olur. Qar örtüyü ilə qorunmayan yer səthi çox soyuyur və xeyli dərinliyə qədər donur.
Beləliklə, çoxillik donuşluq (onu daimi donuşluq da adlandırırlar) yaranır. Çoxillik donuşluğun mövcud olduğu ərazilərdə tikinti işləri əlavə xərc tələb edir. Burada qısa yay dövründə donuşluğun üst hissəsində buz qatı əriyir, hər tərəf palçıqlı su ilə örtülür. Bunun qarşısını almaq üçün çox vaxt binalar dirəklər üzərində tikilir, yolların çökəkliklərdən keçən hissələrində xüsusi qurğular salınır.
Subtropik qurşaq Asiyada Aralıq dənizi sahilindən Sakit okean sahilinə qədər təqribən 40° şm.e boyunca uzanır. Türkiyə, Azərbaycan, Özbəkistan və s. ölkələr subtropik qurşağın başlıca kənd təsərrüfatı regionlarıdır. Burada pambıqçılıq, üzümçülük, tərəvəzçilik, meyvəçilik, qoyunçuluq və s. inkişaf edir.
Tropik qurşaq bütöv zolaq əmələ gətirmir. O, Pakistan və Hindistan sərhədində yerləşən Tar səhrası rayonunda qırılır. Tropik iqlim qurşağı Cənub-Qərbi Asiya ölkələrinin əsas hissəsini əhatə edir. İqlimin quraqlığı əkinçilikdə suvarmanın tətbiqini tələb edir. Suvarma, əsasən, yeraltı suların hesabına həyata keçirilir. Cənubi, CənubŞərqi və Şərqi Asiyada tropik qurşaq mövcud deyil. Bu ərazilər, əsasən subekvatorial iqlim qurşağındadır. Bura çəltik, cut, çay, təbii kauçuk (heveya), şəkər qamışı, pambıq və s. qiymətli bitkilərin becərildiyi regiondur. Suvarma işləri qış aylarında həyata keçirilir. Hindistan, Hind-Çin və Malakka yarımadaları və Çinin cənub hissəsi dünyanın ən mühüm əkinçilik regionlarından biridir. Burada ilboyu əkin işləri aparmaq mümkündür.
Asiyanın cənub-şərq ucqarında yerləşən adalar ekvatorial iqlim qurşağındadır. Bu ərazilərdə temperatur bütün ilboyu +25°C-yə yaxın olur və bol yağıntı ilboyu bərabər paylanır.
1. ... 2. ... 3. ... 4. ...
İqlim qurşaqları | Əhalinin təsərrüfat fəaliyyəti |