Üzüm yığımında İtaliya, zeytun
yığımında isə İspaniya dünyada birinci yerdədir.
Aralıq dənizi sahilləri təbii turizm ehtiyatlarına görə də fərqlənir. Hər il Fransa,
İspaniya və İtaliyaya ayrı-ayrılıqda 50 mln.-dan çox turistin gəlməsi də bununla əlaqədardır.
Biliklərin tətbiq edilməsi və yoxlanılması
Xəritə-sxem üzrə iş
- Xəritə-sxemdə göstərilən ərazi üçün iqlim
diaqramına əsasən suallara cavab verin:
- Yanvar ayında temperatur neçə dərəcə olur?
- Qışın 3 ayı ərzində nə qədər yağıntı düşdüyünü
hesablayın.
- İyul ayında temperatur neçə dərəcə olur?
- Yayın 3 ayı ərzində cəmi nə qədər yağıntı
düşdüyünü hesablayın.
- Cənubi Avropa ölkələri turizmin yaxşı inkişaf
etməsi ilə səciyyələnir. Turizmin inkişafında
iqlim hansı rol oynayır?
- Abşeron və Kür-Araz ovalığının iqlim şəraitinin
Cənubi Avropa ilə hansı oxşar cəhətləri vardır?
Qərbi Avropada kənd təsərrüfatının ixtisaslaşma sahələri
4. Qərbi Avropada iqlim
qurşaqları və kənd təsərrüfatının
ixtisaslaşma sahələri
xəritə-sxemlərinə əsasən
cədvəli tamamlayın.
İqlim qurşaqları |
Kənd
təsərrüfatının
ixtisaslaşma
sahələri
|
|
|
|
Əkinçilik(taxıl bitkiləri, şəkər çuğunduru, kartof) və heyvandarlıq) |
|
Heyvandarlıq və əkinçilik |
|
Ətlik-südlük heyvandarlıq |
|
Dağlıq-otlaq heyvandarlığı |
|
Tərəvəzçilik, meyvəçilik, üzümçülük |
|
Az istifadə olunan və ya heç olunmayan ərazilər |
Dәrsdәn sonra
İnternetdən
istifadə edərək bir neçə fərziyyə ilə tanış
olun və razılaşdığınız ideyanı dəftərinizə
yazın.
Norveç və Şimali
Atlantik cərəyanları Avropanın
iqliminə necə təsir göstərir?
Bu
cərəyanların temperaturu aşağı
düşərsə, Avropanın iqlimi necə
dəyişər?