Arktik iqlim qurşağında Şimali Avropanın adaları yerləşir. Yalnız yayda temperatur 0°C-dən yuxarı olur.
Skandinaviyanın şimalını əhatə edən subarktik qurşaqda yağıntılar fəsillər üzrə qeyri-bərabər düşür. Yayda yağıntıların maksimum miqdarda düşməsi əraziyə daxil olan mülayim dəniz hava kütlələri ilə əlaqədardır. Qışda arktik hava kütlələrinin daxil olması havanın soyuq və quru keçməsinə səbəb olur. Subarktik iqlim qurşağında yerləşən Şimali Avropa ölkələrində ərazinin cəmi 2–8%-i kənd təsərrüfatında istifadə olunur.
Mülayim qurşaq Avropanın böyük bir hissəsini tutur. Qitənin qərb hissəsi daha rütubətli, şərqi isə nisbətən qurudur. Mülayim iqlim qurşağında hava şəraiti heyvandarlıq və bitkiçiliyin inkişafına imkan verir.
Londonda temperaturun illik gedişi
(Qərbi Avropa)
London | Moskva | |
Ən isti ay | ||
Ən isti ayın temperaturu | ||
Ən soyuq ay | ||
Ən soyuq ayın temperaturu | ||
İllik temperatur amplitutdu |
Subtropik qurşaq Cənubi Avropanı əhatə edir. Bu ərazilərdə yay ayları isti və quru olur, yağıntı, əsasən, ilin soyuq dövründə düşür. Cənubi Avropanın kənd təsərrüfatı iqlimə uyğunlaşmışdır. Bu regionda bitkiçilik heyvandarlıqdan daha üstündür. Yay aylarında suvarma işləri aparılır. Cənubi Avropa zeytun, sitrus meyvələri, üzüm, şəkər çuğunduru və s. əkinlərinə görə fərqlənir.