1. Ümumi günəş radiasiyasının miqdari 120 kkal/sm2-dir. Onun 10 kkal/sm2-i buludlar tərəfindən
əks olunur və səpələnir. Səthə çatan günəş radiasiyasının 40%-i Yer səthindən əks
olunur. Udulan günəş radiasiyasının miqdarını təyin edin, məsələni sxem şəklində dəftərə
çəkin.
2. Mətndən istifadə edərək Yer kürəsində Günəş radiasiyasının roluna dair fikirlərinizi cədvələ
yazın.
Müsbət rolu
Mənfi rolu
Xәritә üzrә iş
Xəritə-sxemdəki məntəqələri ümumi günəş radiasiyasının miqdarına uyğun olaraq qruplaşdırın
və cədvəli tamamlayın.
Günəş radiasiyası (kkal/sm2 il)
Məntəqələr
200–220
140–145
100–140
50–60
Dәrsdәn sonra
Düz və səpələnən Günəş radiasiyasının hakim olduğu günlərdə səmanın şəklini
çəkin. Həmin günlərdə müşahidə olunan hava şəraitinin qısa səciyyəsini yazıb
təqdim edin.