Məntəqə Qərb yarımkürəsində yerləşirsə, onun coğrafi uzunluğu 15°-ə bölünür. Əgər qalıq 7,5°-dən çox olarsa, cavabın üzərinə 1 əlavə olunur və alınan cavab 24-dən çıxılır.
Məsələn, A məntəqəsinin coğrafi koordinatları 35° c.e. və 83° q.u.-dur. Məntəqənin hansı saat qurşağında olduğunu təyin etmək üçün 83° : 15° = 5. Qalıq 7,5°-dən çox (8) olduğuna görə 5 + 1 = 6. A məntəqəsi Qərb yarımkürəsində yerləşdiyinə görə 24 – 6 = 18. A məntəqəsi XVIII saat qurşağındadır.
Məsələ həllinə aid nümunə
4 T mәntәqәsindә (50° şm.e. 70 ş.u.) saat 16:00 olduğu vaxt, K mәntәqәsindә (40° şm.e 95° q.u.) qurşaq vaxtını təyin edin.
Hәlli: T məntəqəsinin yerləşdiyi saat qurşağı:
70° : 15° = 4 (qalıq 10) 4 + 1 = 5. (V)
K məntəqəsinin yerləşdiyi saat qurşağı: 95° : 15° = 6; 24 – 6 = 18°. (XVIII)
Saat qurşaqları arasındakı fərq: (24 – 18) + 5 = 11.
K məntəqəsində vaxt: 16 – 11 = 500 saat.