Ekvatorial enliklərdə gündüz və gecə vaxtları arasında fərq azdır. Gündüz saatlarının uzunluğunun kifayət qədər olması bu ərazilərdə istiliksevən kənd təsərrüfatı bitkilərinin əkilməsinə imkan verir. Yuxarı enliklərə doğru sutkanın növbələşməsi prosesindəki ardıcıllıq pozulur. Sutkanın gecə və ya gündüz vaxtının qeyri-bərabərliyi ölkələrin təsərrüfat sisteminə (elektrik enerjisinin ötürülməsində, müəssisələrin işıqlandırılmasında, nəqliyyatın tənzimlənməsində və s-də) təsir edir. Qütbətrafı ərazilərdə isə gecə-gündüzün ardıcıl növbələşməsi prosesi tamamilə pozulur. Bu ərazilərdə gündüzün uzunluğu 24 saatadək olur.
Paralellər (° ilə) | Şimal yarımkürəsində gündüzün uzunluğu (saat) | Cənub yarımkürəsində gündüzün uzunluğu (saat) |
0 | 12:00 | 12:00 |
10 | 12:35 | 11:25 |
20 | 13:13 | 10:47 |
30 | 13:56 | 10:04 |
40 | 14:51 | 9:09 |
50 | 16:30 | 7:30 |
60 | 18:30 | 5:30 |
70 | 24:00 | 0:00 |
80 | 24:00 | 0:00 |
90 | 24:00 | 0:00 |