Günəş işığından maksimum istifadə, həm də elektrik enerjisinə qənaət etməyə imkan verir.
Gündüz saatlarından daha səmərəli etmək istifadə etmək üçün vaxtın geri və ya irəli çəkilməsi ideyası ilk dəfə 1908-ci ildə Böyük Britaniyada həyata keçirilmişdir. Hazırda dünyanın 70-ə yaxın ölkəsində bu tədbir tətbiq edilir. Həmin ölkələrin əksəriyyəti yuxarı enliklərdə yerləşir. Bu ölkələrdə iş günü ərzində gündüz işığından daha səmərəli istifadə etmək, insanları fəsil dəyişkənliyinə uyğunlaşdırmaq, eyni zamanda, elektrik enerjisinə qənaət etmək məqsədilə yay vә qış vaxtlarına keçmək üçün saatın əqrəbi müvafiq olaraq 1 saat irəli və 1 saat geri çəkilir.
Yay və ya qış vaxtına keçid 2016-ci ilə qədər Azərbaycanda Nazirlər Kabinetinin qərarına əsasən həyata keçirilirdi.