Yay gündönümü günündə Cənub yarımkürəsi zəif işıqlanır, daha az istilik alır, obyektlərin kölgəsinin uzunluğu maksimuma çatır. Cənub qütb dairəsindən (66,5° c.e) cənuba doğru (90° c.e) isə qütb gecәlәri müşahidə edilir.
Yay gündönümündən sonra Günəş yenidən ekvatora doğru yönəlir. Payız gecә-gündüz bәrabәrliyi günündə, yəni sentyabrın 23-də, Günəş martın 21-də olduğu kimi, ekvator xətti üzərində zenit vəziyyətində olur.
Sentyabrın 23-dən başlayaraq Yer kürəsi fəzada elə bir vəziyyət alır ki, Günəş şüaları cənub yarımkürəsini daha çox işıqlandırır. Yerin Cənub qütb ucu Günəşə tərəf çevrilir. Dekabrın 22-də Günəş Cənub tropik xətt üzərində zenit vəziyyətində olur. Qış gündönümü adlanan bu gündə Cənub yarımkürəsi daha çox istilik alır, ən uzun gündüzlər müşahidə olunur. Cənub qütb dairəsindən cənubda isə qütb gündüzləri baş verir.
Günəş şüalarının Yer səthinə düşmə bucağı relyefdәn dә asılıdır. Günəşin düşmə bucağı dağlıq ərazilərdə ətraf düzənliklərdən fərqli olur. Hətta eyni dağın müxtəlif yamacları da Günəşdən fərqli miqdarda işıq və istilik alır. Şimal yarımkürəsində dağların cənub yamaclarına düşən Günəş şüalarının bucağı, şimal yamaclarından daha böyük olur. Ona görə də cənub yamaclar daha çox işıq və istilik alır. Dağlıq ərazilərdə təbii komponentlər, əhalinin məskunlaşması və təsərrüfatın ərazi təşkili yamacların istiqamәtindәn asılı olaraq fərqli olur.
Günəş şüalarının düşmə bucağı yamacın meyilliyindәn dә asılıdır. Bunu təyin etmək üçün məntəqənin günəşə görə mövqeyini, Günəş şüalarının düşmə bucağını, yamacın istiqamətini və yamacın meyilliyini bilmək lazımdır. Dağın yamacı cənuba baxırsa, günəş şüalarının düşmə bucağı ilə yamacın meyillik bucağı toplanır. Günəş məntəqədən cənubda olub yamac şimala baxırsa, Günəşin düşmə bucağından yamacın meyillik bucağı çıxılır.
Həlli: | 1. | Verilən məntəqə 22 iyunda Günəş şüalarının düşdüyü bucağı düsturla (90° – f + 23,5°) təyin edilir: 90° – 50° + 23,5° = 63,5° |
2. | Günəş məntəqədən cənubda olduğuna görə müəyyən edilmiş günəş şüalarının düşmə bucağı yamacın meyilliyi ilə toplanılır: 63,5° + 14 = 77,5° |