Müzakirә edin:
1. A məntəqəsində dayanan müşahidəçi martın 21-də səhər Günəşin çıxmasını
üfüqün hansı istiqamətində görür?
2. B məntəqəsində dayanan müşahidəçi yaz gecə-gündüz bərabərliyində Günəşin
batmasını hansı istiqamətdə görür?
• Gün әrzindә obyektlәrin kölgә istiqamәtlәrinin dәyişmәsi. Obyektlərin kölgəsi Günəş işığının
əks tərəfində düşür.
Günəş – Şm
kölgə – C
Günəş – Şm-Q
kölgə – C-Ş
Şimal yarımkürəsində yerləşən Bakı şəhərində, 21 martda, səhər saat 10:00-da Günəş üfüqün cənubşərq
tərəfində görünür. Bu zaman obyektərin kölgəsi şimal-qərbə düşür. Günorta Günəş cənubda
göründüyü vaxt obyektlərin kölgəsi şimala tərəf olur, günortadan sonra isə, məsələn, saat 16:00-da
Günəş cənub-qərbdə olduğu vaxt kölgələr şimal-şərqə düşür.
• Gündüzün ilk və son saatlarında ən uzun, günorta vaxtı isə ən qısa (Günəşin baş üzərində olduğu
enlikdə isə kölgə olmur) kölgə olur. Kölgələrin uzunluğunun gün ərzində dəyişməsi kənd təsərrüfatının,
xüsusilə də əkinçiliyin ərazi təşkilində nəzərə alınır: meyvə bağlarında ağacların aralarındakı
məsafə, üzüm plantasiyalarında tənəklərin sıralarının istiqaməti və s. Binalarda pəncərə və
balkonlara Günəş işığının düşməsi tikililərin layihələrinə qoyulan əsas tələblərdən biridir.
• Kölgə uzunluğunun dəyişməsinin diaqram və qrafiklə təsviri
Martın 21-də günorta Günəş ekvator xətti üzərində zenit vəziyyətində olur.
Həmin gün yaz gecә-gündüz bәrabәrliyi günü adlanır. Bu gün Yer kürəsinin Şimal
və Cənub yarımkürələri bərabər işıqlanır.
Yaz gecə-gündüz bərabərliyi günündən sonra Günəş Şimal yarımkürəsinə “keçir”.
3 aydan sonra – iyunun 22-də günorta Günəş 23,5° şm.e dairəsi üzərində
zenitdə olur. Bu gün yay gündönümü günü adlanır. Şimal yarımkürəsi daha çox
istilik və işıq alır, obyektlərin kölgəsinin uzunluğu minimuma çatır, ən uzun gündüzlər
müşahidə olunur. Şimal qütb dairəsindən (66,5° şm.e) Şimal qütbünə (90°
şm.e) qədər olan ərazilərdə isə günəş batmır, 24 saat işıqlı olur və qütb gündüzlәri
müşahidə olunur. Lakin bu ərazilərdə Günəş şüalarının düşmə bucağı kiçik olduğuna
görə havanın temperaturu aşağı olur. Yay fəsli Şimal yarımkürəsində təsərrüfat
işlərinin aktivləşməsi ilə səciyyələnir.