Tektonik zonalar Yer qabığının üfüqi və şaquli hərəkəti nəticəsində yaranır. Şaquli tektonik hərəkətlər qalxan və ya enən ola bilir. Qalxan hərəkətlər tektonik qalxma zonaları, enən hərəkətlər isə tektonik çökmə zonalarını əmələ gətirir.
Litosfer tavalarının toqquşma sərhədi |
|
Ayrılma sərhədi | |
Litosfer tavalarının hərəkət istiqamətləri |
Azərbaycan Respublikasının ərazisi Avrasiya litosfer tavası (Şərqi Avropa platforması)
ilə Ərəbistan litosfer tavasının toqquşduğu sərhəddə yerləşir. Ərazi tamamilə
Alp-Himalay qırışıq zonasına daxildir. Azərbaycan ərazisi 5 iri tektonik zonaya
ayrılır:
1. Ön Qafqaz çökmə (əyilmə) zonasına Samur-Dəvəçi ovalığı, Qusar maili düzənliyinin
bir hissəsi və Şollar düzü aiddir.
2. Böyük Qafqaz qalxma zonasına Böyük Qafqazın cənub və şimal-şərq yamacı, Abşeron-
Qobustan və həmçinin də Qusar maili düzənliyinin bir hissəsi daxildir.
3. Kür dağarası çökəkliyi zonasına Qanıx-Əyriçay çökəkliyi, Acınohur-Ceyrançöl
öndağlığı, Lənkəran və Kür-Araz ovalığı aiddir.
4. Kiçik Qafqaz qalxma zonası bütün Kiçik Qafqaz dağlarını, (o cümlədən, Naxçıvanın
dağlıq hissəsini) və Talış dağlarını əhatə edir.
5. Orta Araz əyilməsinə Naxçıvanın Arazboyu maili düzənliklərinin əksəriyyəti daxildir.
Tektonik proseslər nəticəsində süxurlarda tektonik qırılmalar əmələ gəlir.
Belə qırılmalar relyefdə aydın əks olunur. Azərbaycanda düzənlik və dağlar arasındakı sərhədlər tektonik qırılmalar boyu keçir. Qırılmalar boyunca dağ yamacları dik olur, teztez sürüşmələr baş verir. Sürüşmələrin yaşayış massivlərinə, yol və bəndlərə, əkin sahələrinə mənfi təsirləri böyükdür. Bu ərazilərdə termal və mineral suların Yer səthinə çıxması ehtimalı böyükdür.