Hamar düzənliklər üzərindən çox da hündür
olmayan massivlər ucalır ki, bunlardan da ən məşhuru
Ulurudur (və ya
Eyrs-Rok).
Mәtn vә şәkil üzrә iş
• Uluru. Avstraliyanın mərkəzi hissəsində yerləşir. Massiv
qırmızı qumlarla örtülüdür. Ulurunun uzunluğu 3,6
km, eni 3 km-ə qədər, hündürlüyü isə 348 metrdir.
Müzakirә edin:
1. Ulurunun yamaclarında dərin çatlar və mağaralar necə
formalaşa bilər? Onların yaranmasında hansı ekzogen
amil əsas rol oynamışdır?
2. Burada qayaüstü rəsmlərin və daş oymalarının çox
olması nəyi göstərir?
3. Ulurunu Azərbaycanın hansı ərazisi ilə müqayisə
etmək olar?
Şərqi Avstraliyada dağlar üstünlük təşkil edir. Materikin şərq sahilləri boyunca
çox da yüksək olmayan qədim Böyük Suayırıcı silsilə dağları uzanır. O, ayrı-ayrı
massivlərdən ibarətdir və onlardan da ən hündürü Avstraliya Alpları massividir.
Burada ən yüksək zirvə hündürlüyü 2228 m olan Kostyuşko dağıdır. Bu regionun
ən nəhəng düzənliyi Mərkəzi ovalıqdır (o, “Mərkəzi” adlanır, ancaq materikin
şərqinə yaxın yerləşir). Murrey və Darlinq düzənlikləri eyniadlı çayların gətirdiyi
çöküntülər nəticəsində yaranmışdır. Nə vaxtsa dənizin dibi olmuş alçaq düzənliklər
okean sahillərində yerləşmişdir. Bu, şimalda yerləşən Karpentariya və cənubda yerləşən
Nallarbor düzənlikləridir.
Biliklərin tətbiq edilməsi və yoxlanılması
1. Mətndən Avstraliyanın relyef formalarının adlarını dəftərinizə yazın, fiziki xəritədə göstərin və
kontur xəritədə qeyd edin.
2. Cədvəldə coğrafi adları qruplaşdırın.
Qərbi |
Şərqi |
ovalıq |
plato, dağlar |
ovalıq |
dağlar |
|
|
|
|
|
|
|
|