Mәtn vә şәkil üzrә iş
• Avstraliya mineral xammal hasilatı üzrə dünyanın
ilk beş ölkəsindən biridir. Faydalı qazıntı hasilatı
ölkənin gəlirlərinin 1/3-ni verir. Avstraliya mineral
ehtiyatlarını dünyanın 100-dən çox ölkəsinə, əsasən
Yaponiyaya ixrac edir. Faydalı qazıntı yataqlarının
səthə çox yaxın yerləşməsi ehtiyatların çıxarılmasının
sərfəliliyini artırır. Çünki ehtiyatlar mədənlərdə “açıq
üsulla” çıxarılır. Bu üsul daha mürəkkəb avadanlıqlar
tələb edən “şaxta üsulu”ndan ucuz başa gəlir.
Müzakirә edin:
– Avstraliyanın mineral ehtiyatlar ixracı üzrə
dünyada qabaqcıl yer tutmasına səbəb nədir?
Qәrbi Avstraliyada Super Pit qızıl
mәdәni. Burada qızıl açıq üsulla çıxarılır.
Materikin qərb hissəsində Avstraliya platformasının bünövrəsi qalxmışdır, burada
çökmə süxur örtüyü yoxdur və kristallik bünövrə səthə çıxır. Qalxanlar üçün
filiz faydalı qazıntıların Yer səthinə yaxın yerləşməsi səciyyəvidir. Qərbi Avstraliyada
böyük miqdarda dəmir filizi, qızıl və nikel
çıxarılır.
Avstraliya platformasının əyilmə zonalarında çökmə süxurlar toplanmışdır.
Litosfer tavalarının bu hissələrində kristallik bünövrə çox dərində yerləşir.
Mәtn üzrә iş
• Uran ən mühüm radioaktiv element olub nüvə enerjisinin alınmasında
istifadə olunur. Ötən əsrdə radioaktiv elementlərdən nüvə silahı kimi
istifadə edilməyə üstünlük verirdilərsə, hazırda ondan sülh məqsədilə
istifadə olunur: atom-elektrik stansiyaları, atom mühərrikləri, sualtı atom
qayığı və s.
• Uran filizi tərkibinə görə çox “kasıb”dır. Filizin tərkibində uranın miqdarı
0,02%-dir. Uranın saflaşdırılması, yəni filizdən uran elementinin
ayrılması onun çıxarıldığı ərazilərdə həyata keçirilir.
– Mәsәlә: 1 kq uran əldə etmək üçün nə qədər filiz tələb olunduğunu
hesablayın.
Müzakirә edin:
– Uranın saflaşdırılması müəssisələrinin mineral ehtiyatın mövcud olduğu ərazilərdə
yerləşdirilməsini
izah edin.
Uran filizi.
Avstraliya uran və
boksit ixracına görə
dünya liderlərindən
biridir.
Qərbi və Mərkəzi Avstraliyanın relyefində plato və yastı yaylalar üstünlük təşkil
edir. Onlardan ən nəhəngləri Böyük Qumlu və Böyük Viktoriyadır. Yaylaların
yaranmasında küləyin (eol) fəaliyyəti və arid-denudasiya prosesi əsas rol oynayır.