Şәkil üzrә iş
Şәrqi Afrika sınma zolağı. Şərqi
Afrika çatlarının sxemi (1) və
kosmosdan çəkilmiş təsviri (2).
— tektonik qırılmalar
Müzakirә edin:
- Litosfer tavaları aralanmaqda davam
edərsə, Somali yarımadası gələcəkdə
hansı vəziyyətdə ola bilər?
- Tavaların aralanması nəticəsində Qırmızı
dənizi Hind okeanı ilə birləşdirən boğaz
genişlənərsə, dəniz suyunun duzluluğu
necə dəyişər?
Materikin cənub kənarında parçalanma nəticəsində möcüzəli forma almış qədim
Draqon dağları, ondan qərbə doğru isə qədim Kap dağları yerləşir. Qədim dağlarda
yerləşən çaylar uzun müddət ərzində süxurları yuyaraq enli çay dərəsi yaradır.
Şәkil üzrә iş
Müzakirә edin:
– Şəkildəki Kap və
Draqon dağlarının qədim olduğunu təsdiqləyən iki əlaməti şərh edin.