Cәnubi və Şәrqi Afrikanın mütləq hündürlüyü yüksəkdir. Burada Afrikanın ən yüksək nöqtəsi olan vulkanik mənşəli Kilimancaro zirvəsi (5895 m) yerləşir.
Şərqi Afrika seysmik fəallığın yüksəkliyi ilə fərqlənir. Buradan Şərqi Afrika sınma zonası keçir. Bu zona orta okean sıra dağlarının mərkəzi ox zonasına oxşayır. Burada litosfer tavaları aralanır, onların arasında məsafə artır. Lakin onlar okeanda deyil, quruda yerləşir. Bu zonanın mərkəzi hissəsi qraben, hər iki tərəfi isə simmetrik yerləşən horstlardır. Buradakı nəhəng horstlardan biri Ruvenzori horstudur.
• | Horst – qırılmanın mərkəzi hissəsinin qalxması nəticəsində yaranan qabarıq formadır. Horstlar rift dərələrinin kənarları boyunca simmetrik yerləşir. |
• | Qraben – İki tektonik qırılmanın arasında enmə nəticəsində formalaşmış mənfi strukturdur. Qrabenin mərkəzi enmə hissəsi həm də rift dərələri adlanır. Yüz və min kilometrlər uzanan rift dərələri rift zonalarını əmələ gətirir. |
Şərqi Afrika sınma zolağı Qırmızı dənizdən başlayaraq cənub istiqamətdə 3000 km uzanır. Horstlar arasında yerləşən qrabenlərdə ensiz, uzun və dərin göllər yerləşir.