• “Kәllәqәnd” – Braziliya yaylasında
aşınma nəticəsində yaranan relyef
formalarıdır. Rio-de-Janeyroda turistlərin
ən çox baş çəkdiyi görməli
yerlərdən biridir. Hündürlüyü 300 m
olan bu “Kəlləqənd”in zirvəsinə
kanat yolu çəkilib.
“Kәllәqәnd”. Braziliya
Biliklərin tətbiq edilməsi və yoxlanılması
1. Mətndən istifadə edərək Cənubi Amerikanın dağlıq qərb və düzənlik şərq hissələrindəki
coğrafi obyektlərin siyahısını müəyyənləşdirərək kontur xəritədə qeyd edin.
2. Şimali və Cənubi Amerikanın relyefini müqayisə edin. 4 oxşar və 4 fərqli cəhətlərini
yazın.
3. Materikin konturunu dəftərinizə
çəkin. Xəritə-sxemdəki rəqəmlərin
hansı relyef formalarını əks etdirdiyini
tapın və dəftərinizdə qeyd edin.
4. Aşağıda göstərilənlərdən hansılar uyğun regionların relyefi və iqtisadiyyatı arasında
əlaqəni göstərir:
1) Neft Orinoko ovalığında çıxarılır.
2) Amazon ovalığı allüvial mənşəli çökmə süxurlarla örtülüdür.
3) Braziliya yaylası filiz faydalı qazıntılar yerləşən ərazidir.
4) Akonkaqua Cənubi Amerikanın ən yüksək zirvəsidir.
5) Dünyanın ən nəhəng mis yataqlarından biri olan “mis qurşağı” And dağlarında yerləşir.