Materikin şərq hissəsində yeganə qədim dağ sistemi Appalaçdır. Onun ən yüksək zirvəsi Mitçelldir (2037 m). Dağlar güclü parçalanmaya məruz qalmışdır. Burada zəngin faydalı qazıntı yataqları vardır. Şimali Amerikanın ən nəhəng Appalaç daş kömür hövzəsi də buradadır. Platformanin sipər (qalxan) hissələrində, Labrador yarımadasında və Boyük Göllərin sahilində dəmir filizi yataqları mövcüddür.
Dağlar | Düzənliklər |
... | ... |
1. Yaşına görə qədim dağlardır.
2. Qayalı, Sahil və Kaskad silsilələrindən ibarətdir.
3. Materikin şərqində yerləşir.
4. Materikin qərbində yerləşir.
5. Dünyanın ən dərin kanyonu buradadır.
6. Şimali Amerikada ən nəhəng daş kömür yatağı
buradadır.
7. Materikin ən hündür dağ zirvəsi buradadır.