Kordilyer dağlarında Şimali Amerikanın ən yüksək zirvəsi – Mak-Kinli (və ya Denali - 6194 m) və ən alçaq nöqtəsi – Ölüm dərəsi (–86 m) yerləşir.
Kordilyer dağları mərkəzi, qәrb vә şәrq silsilәlәrindәn ibarətdir. Kordilyer dağlarının qərb hissəsi – (Sahil sıra dağları) daha cavan olub, Sakit okean “Odlu halqası”na daxildir. Qərbi Kordilyerdə Kaskad, Şərqi Kordilyerdə isə Qayalı dağ sistemləri yerləşir. Kordilyer dağlarının mərkəzi hissəsi yüksək plato (yəni, səthi hamar olan ərazi) və yaylalardan ibarətdir. Bunların içərisində nəhəngləri Böyük Hövzə, Meksika yaylaları, Kolorado və Kolumbiya platolarıdır.
Kordilyerin hissələri | Relyef formalarının adı |
Kordilyerin qərb hissəsi | |
Kordilyerin mərkəzi hissəsi | |
Kordilyerin şərq hissəsi |
Yayla və platolar üçün intensiv denudasiya prosesləri səciyyəvidir. Onlar dərin, dar dərələrlə, çox vaxt kanyonlarla kəsilir. Şimali Amerikanın cənubunda Kordilyerlər daralır və Meksikada onu Syerra-Madre adlandırırlar. Kordilyer dağlarında çoxlu sönmüş və fəaliyyətdə olan vulkanlar vardır: məsələn, Reynir, Şasta, Kolima, Orisaba, Taxumulko, Popokatepetl, Mamatombo.
1 | Dağlıq regionlarda turizmin inkişafına nə mane ola bilər? |
2. | Azərbaycanda oxşar relyef formalarına harada rast gəlmək olar? Turistləri bu ərazilərə cəlb etmək üçün nə kimi tədbirlər görmək lazımdır? |
Şimali Amerikanın mərkəzi və şərq hissələri platformadır. Burada düzənliklər üstünlük təşkil edir. Onların formalaşmasında müxtəlif ekzogen proseslərlə əlaqədardır. Şimalda Lavrenti yüksəkliyində buzlaq relyef formaları üstünlük təşkil edir. Ona görə də bu hissədə buzlaq mənşəli göl çökəklikləri çoxdur. Mərkəzi düzənlikdə buzlaq formaları ilə yanaşı, çaylar da böyük rola malikdir. Mərkəzi düzənliklərdən qərbdə Böyük düzənliklər yerləşir. Hündürlüyü 500 m-dən yüksək olan Böyük düzənliklər Kordilyer dağlarına keçid zonasıdır.