Cənubi Asiyanın şimalında dünyanın ən hündür Himalay dağları uzanır. Himalay
dağları Hind-Avstraliya tavasının tərkibinə aid olan Hindistan platforması ilə Avrasiya
litosfer tavalarının toqquşması nəticəsində yaranmışdır. Bu dağlar Hindistan,
Nepal və Çin arasında 2500 km uzunluğunda dövlət sərhədi yaradır. Buradakı zirvələrin
hündürlüyü 8000 m-dən çoxdur. Bunlardan Nepal ilə Çin sərhədində yerləşən
dünyanın ən hündür zirvəsi Comolunqma (Everest - 8848 m) və hündürlüyünə
görə ikinci Karakorum dağlarında olan Çoqori zirvələrini (və ya K2 - 8611 m) göstərmək
olar.
Biliklərin tətbiq edilməsi və yoxlanılması
1. Mətndəki coğrafi obyektlərin adlarını dəftərinizə yazın, fiziki xəritədə göstərin və kontur xəritədə
qeyd edin.
2. Asiya ölkələrinin iqtisadiyyatına zəlzələ, vulkan püskürmələri və sunami kimi tektonik hadisələrin
hansı mənfi təsiri vardır? Konkret misallar göstərin.
3. Alp-Himalay qurşağına daxil olan dağların çox hündür olmasını necə izah edə bilərsiniz?
4. İzah edin: dağların yaşı ilə onların seysmikliyi arasında hansı əlaqə vardır? Hansı qrafikdə bu qanunauyğunluq
düzgün göstərilmişdir?
5. Mətndəki Asiyada yerləşən zirvələrin adlarını seçin, onların hündürlüklərini dəftərinizdə qrafiklə
təsvir edin.