Region zəngin təbii ehtiyatlara malikdir. Dünyanın ən zəngin qalay-volfram qurşağı buradadır. Hazırda Malayziya və Tailandda metallurgiya sənayesinin inkişaf etməsinin səbəbi də buradakı əlvan metal yataqlarıdır. Cənub-Şərqi Asiya həm də neft-qaz ehtiyatları ilə zəngindir. Sahilboyu ərazilər isə məşhur turizm zonalarıdır.
Cənubi Asiyanın əsas hissəsini Hindistan yarımadası tutur. Yarımadanın mərkəzi hissəsində yerləşən denudasion mənşəli Dekan yaylası daş kömür, dəmir filizi və qrafit kimi mineral ehtiyatlarla zəngindir. Akkumlyativ mənşəli Hind-Qanq ovalığı da bu regionda yerləşir.
qurunun hərəkət istiqaməti |