Afrika və Әrәbistan platformalarının hәrәkәti
Vaxtilə Ərəbistan platforması Afrika ilə bitişik olmuşdur. Tektonik hərəkətlər qırılmalar yaratmış, bu
isə çat üzərində
Qırmızı dənizin yaranmasına səbəb
olmuşdur. Hazırda Afrika və Ərəbistanın Qırmızı
dəniz sahilləri bir-birindən uzaqlaşır.
Mәrkәzi Asiyanın relyefində hündür dağ sistemləri üstünlük təşkil edir.
Kunlun, Pamir, Hindquş, Tyan-Şan dağlarının ən uca zirvələrinin hündürlüyü 7000
m-dən yüksəkdir. Mərkəzi Asiyadakı bir çox dağ adları “şan” sözü ilə qurtarır (yerli
dildə “dağ” deməkdir), məsələn, Kun-Lun Şan silsiləsi, Alaşan, Tyan-Şan və s. dağları. Dağların
arasında
Tarim çökəklikliyi yerləşir. Asiyanın ən alçaq ərazilərindən
biri olan Turfan çökəkliyi də (–155 m) buradadır. Himalay
dağlarının
şimalındakı geniş Tibet yaylası Çinin zəif məskunlaşmış əlverişsiz ərazisidir. Yayla
sıra dağlarla əhatələnmişdir. Mərkəzi Asiyanın ən geniş düzənlikləri Turan ovalığı və Qazaxıstan
xırda təpəliyidir.
• Pamir dağlarının ən hündür zirvəsi Çində Konqur zirvəsidir (7719 m). Tacikistan
ərazisində isə Pamirin ən yüksək nöqtəsi İsmayıl Somoni piki hesab
edilir (7495 m). Bu zirvə əvvəllər “Kommunizm piki” adlanıb.
Mәtn vә şәkil üzrә iş
• Yak vә ya Tibet öküzü. Yakın vətəni
Tibetdir. Asiyanın yüksək dağlıq zonalarında
yaklar kənd təsərrüfatında mühüm
qoşqu vasitəsidir. Yerli xalqlar
yakın südündən və ətindən geniş istifadə
edir, yunundan parça və geyim
hazırlayırlar.
Müzakirә edin:
– |
Tibetdə digər təsərrüfat sahələrinin inkişaf
etdirilməsinə hansı amillər mane
olur?
|