Platformalar litosfer tavalarının mərkəzində – tavaların sərhədlərindən uzaqda yerləşən hissələrdir. Onlar Yer qabığının daha sabit, yəni seysmik hadisələrin zəif olduğu, yaxud heç müşahidə olunmadığı sahələridir.
Platformalar daxili quruluşuna görə iki mərtəbədən (yarusdan) ibarətdir.
Platforma örtüyü, onun üst mәrtәbәsidir. Çökmә süxurlardan ibarәt olur. Süxurlar, әsasәn, üfüqi lay şәklindә yatırlar. Burada çökmә mәnşәli faydalı qazıntılar mövcuddur (neft, tәbii qaz, daş kömür vә s.).
Kristallik bünövrә – platformanın alt mәrtәbәsidir. O, maqmatik vә metamorfik süxurlardan ibarәt olur. Qәdim, tamamilә aşınmış dağların bünövrәsinә aid olan süxurlar qırışıq, yatım formasına malikdirlәr. Burada filiz faydalı qazıntılar mövcuddur.
Sipәr (qalxan). Platformaların nisbә- tәn yuxarı qaldırılmış sahәlәrindә üst çökmә süxur qatı olmur vә burada kristallik bünövrә Yer sәthinә çıxır. Belә sahәlәr sipәr (qalxan) adlanır. Sipәrlәrdә filiz faydalı qazıntılar sәthә yaxın olduğuna görә, onları çıxarmaq daha asan başa gәlir.
Platformalara uyğun gələn relyef formaları nəhəng ölçülərə malik düzənliklərdir. Şimali Asiyada yerləşən Qәrbi Sibir vә Sibir platformaları üzərindəki geniş düzənliklər (Qərbi Sibir ovalığı və Orta Sibir yaylası) milyonlarla kv.km əraziləri əhatə edir. Orta Sibirin mütləq hündürlüyü daha yüksəkdir; onun şərqində yüksəkliyi 2500 m-ə çatan Verxoyansk silsiləsi yerləşir.
Asiyada digər platforma Cənub-Qərbi Asiyadakı Әrәbistan platformasıdır. Ərəbistan yarımadasında yerləşən bu platformanın səthi ekzogen proseslərin – fiziki aşınma və küləyin təsirinə çox məruz qalmışdır. Bu ərazilər üçün eol relyef formaları səciyyəvidir.
Cənub-Qərbi Asiyada, Türkiyə ərazisində Pont və Tavr (Toros), İran və İraq sərhədi boyunca Zaqros, İran ərazisində Elburs (və ya Əlburz) dağları uzanır. Türkiyə və İranda bu dağ sistemləri nəhəng Anadolu və İran yaylalarının ətrafında yerləşir. İranda ən hündür zirvə Dəmavənd Asiyada ən hündür vulkan zirvələrindən biri sayılır. Türkiyədə isə ən yüksək zirvə Ağrıdağdır (5165 m).