Hazırda dünyada bu sahədə çalışanların sayı 300 milyon nəfərdən çoxdur. Bu isə dünyanın iqtisadi cəhətdən fəal əhalisinin hər 16 nəfərindən biri deməkdir.
• | Xidmət sahələrinin əksəriyyəti kimi turizm də Avropa ölkələrində təşəkkül tapmışdır. 1985-ci ildə Lüksemburqun Şengen şəhərində Avropa ölkələri arasında gömrük-sərhəd nəzarətinin ləğv olunmasna dair razılaşma (hazırda Şengen vizasına 26 Avropa ölkəsi daxildir) əldə edilmişdir. Şengen vizası almış turistlərin həmin zona daxilində sərbəst hərəkəti bu regiona xeyli gəlir gətirir. |
Xidmət sahələrinin bəzi sahələri turizmlə birbaşa əlaqədardır: istirahət edənlərin nəqliyyatla daşınması, mehmanxanalarda (hotel, motel, kempinq, resort) yerləşdirilməsi, qidalandırılması, onlar üçün əyləncələrin və ekskursiya turlarının təşkili, suvenir istehsalı və s. sahələr də bilavasitə turizmə xidmət edir.
Turizm və səyahətlər, əsasən, turizm şirkətləri tərəfindən təşkil olunur. Müəssisələr öz xidmətlərini turizm şirkətlərinə reklam etməklə yeni müştəri axını qazanırlar. Bu proses, müxtəlif reklam və sәrgilәr vasitəsilə həyata keçirilir.
Elektron vasitələr – televiziya kanalları və internet vasitəsilə turizmin təbliği genişlənmişdir. Xüsusilə inkişaf etmiş Avropa, Asiya və Amerika ölkələrində elektron marketinq üsullarından daha geniş istifadə olunur ki, bu da daha böyük potensiala malikdir.
Turizmin növləri çoxdur: tәbii ekoloji turizm, dini turizm, tarixi turizm, ticarәt turizmi vә s. Buna baxmayaraq turizm şirkətləri ildən-ilə bu sahələrə daha yenilərini əlavə edirlər.
Turizm sənayesindəki yeni istiqamət yerli ənənələrinə sadiq qalmış regionlar üçün səciyyəvidir. Yüksək göstəricilərə malik ölkələrlə yanaşı, nisbətən inkişafdan geri qalmış, xidmət şəraiti zəif olan regionlara da maraq artmışdır. Nepal, Qırğızıstan, Peru, Meksika və digər ölkələr buna misal ola bilər. Efiopiya, Somali, Nigeriya, Əfqanıstan, CAR, Misir və bu kimi ölkələrdə turizm imkanları böyük olsa da, siyasi sabitliyin olmaması bu sahənin inkişafına mane olur. Ölkələrin yalnız turizmdən asılı olaraq inkişafı məqsədəuyğun deyil. Çünki baş verən hər hansı hadisə, ilk növbədə, turizm sahəsinə mənfi təsir edir.
Turizm Azərbaycan iqtisadiyyatı üçün önəmlidir. Azərbaycan dövləti turizm sahəsini iqtisadiyyatın qeyri-neft sektoru üzrə mühüm sahə elan etmişdir.