4
ASİYANIN RELYEFİ
Xәritә üzrә iş
Asiyanın fiziki xәritәsi
Asiyanın regionları xəritəsinə baxın, onu fiziki xəritə ilə müqayisə edərək cədvəli dəftərinizdə tamamlayın.
Regionlar Dağlar üstünlük təşkil edir. Düzənliklər üstünlük təşkil edir.
Şimali
Cənub-Qərbi  
Cənubi
Mərkəzi
Şərqi
Cənub-Şərqi

Müzakirә edin:

  1. Asiyanın regionlarına uyğun gələn iri relyefin formalarını sadalayın.
  2. Relyefin mütləq hündürlüyünün yüksək olması Asiyanın hansı regionunda əhalinin sıxlığının aşağı olmasına və ərazinin zəif mənimsənilməsinə səbəb ola bilər?

Asiya qitəsi oroqrafik cəhətdən (relyef quruluşuna görə) dünyanın ən mürəkkəb regionudur. O, tektonik cəhətdən sabit ərazilərdən – platforma və fəal zonalardan – geosinklinallardan ibarətdir.