Diaqram üzrə iş
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatlarına görə, istehsal olunan məhsul, göstərilən
xidmətlərin dəyəri və Azərbaycan Respublikasında əhalinin yoxsulluq səviyyəsinin dəyişməsi
Müzakirә edin:
- 2003-2018-ci illər ərzində istehsal olunan məhsul və göstərilən xidmətlərin dəyəri nə qədər
artmışdır?
- İstehsal olunan məhsul, göstərilən xidmətlərin dəyəri və yoxsulluq səviyyəsini əks etdirən
qrafiklərin arasında hansı əlaqə olduğuna aid fikirlərinizi yazın.
İqtisadi, demoqrafik, sosial və ekoloji sahələrdə qazanılan nailiyyətlər Azərbaycanın
dünyada “yuxarı orta gəlirli” və “insan inkişafı indeksinin yüksək olduğu”
ölkələr qrupuna aid olduğunu göstərir.
Cәdvәl üzrә iş
Əhalinin hər nəfərinə düşən illik gəlirləri (manatla) – (
www.az.stat.org. saytına əsasən)
İllәr |
2000 |
2002 |
2004 |
2006 |
2008 |
2010 |
2012 |
2019 |
Manat |
508,9 |
618,8 |
796,7 |
1201,3 |
2378,3 |
2866,1 |
3789,3 |
4180,6 |
1. Cədvəldəki rəqəm göstəriciləri əsasında diaqram qurun.
2. Gəlirlərin daha sürətli artım dövrü hansı illəri əhatə edir?
3. Sizcə, gəlirlərin kəskin artımına hansı amillər təsir edə bilər?