Ölkədə olan əksər təsərrüfat müəssisələri, energetika, nəqliyyat və rabitə şəbəkələri, dövlət mənzil fondu, dövlət idarələrinin əmlakı, mədəni sərvətlər və tarixi abidələr, dövlət bankları, maliyyə və kredit ehtiyatları, qiymətli kağızlar dövlət mülkiyyətinə aiddir.
Müasir dünyada mülkiyyətin ən mühüm qolu kimi əqli mülkiyyətə üstünlük verilir. Əqli mülkiyyət ayrıca bir mülkiyyət forması olub şəxsi xüsusi mülkiyyətin bir qolu hesab sayılır. Bədii və elmi əsərlər, musiqi və incəsənət nümunələri, müxtəlif kompüter proqramları əqli mülkiyyətdir.
Mülkiyyət formaları | Aid olan əlamətlər |
Xüsusi | |
Bələdiyyə | |
Dövlət |
Fiziki-coğrafi obyektlər | İqtisadi-sosial obyektlər |