Hazırda Azərbaycanda sahibkarlığın inkişafı üçün ABAD (ailə biznesinə
asan dəstək) mərkəzləri fəaliyyət göstərir.
Biliklərin tətbiq edilməsi və yoxlanılması
1. Rəqabətin istehlakçıya verdiyi faydalar haqqında qısa esse yazın.
Tələb və təklifin 2 vəziyyətini təhlil edin: İsmayıllıdan olan sahibkar Bakının böyük marketlərinin birinə 50 kq miqdarda qızıləhmədi
almasının satışını təklif edir. İki sahibkar arasındakı razılaşmaya əsasən, almanı marketin
sahibi 2 manatdan alır. Həmin almalar marketdə 2 manat 50 qəpiyə satışa çıxarılır.
Günortaya qədər gətirilən alma satılır.
Tələbin yüksək olduğunu görən market sahibi fermerə kiloqramı 3 manatdan 200 kq alma
gətirməyi xahiş edir.
Ertəsi gün marketdə həmin almalar 4 manatdan satışa çıxarılır. 3 gün keçsə də, almalar
satılmır.
– Tələb və təklif arasındakı əlaqəni hansı qrafik əks etdirir?
İfadələrdən hansı doğrudur?
– Qiymətin qalxması tələbin aşağı düşməsinə gətirib çıxarır.
– Qiymətin qalxması tələbin yuxarı qalxması ilə nəticələnir.
– Qiymətin qalxması təklifin həcminin artmasına səbəb olur.
– Alıcının tələbi ilə məhsulun qiyməti arasında əlaqə yoxdur.
Hadisələrin düzgün ardıcıllığını müəyyən edin:
a) Xidmət və istehsal sahələri açılır.
b) Sahibkar daha çox gəlir götürür.
c) Büdcəyə vergi ödəmələri artır.
d) Yeni dövlət proqramları həyata keçirilir.
e) Əhalinin rifah səviyyəsi artır.