Bazar – cəmiyyətin inkişafı prosesində sonradan yaranan iqtisadi əlaqə formasıdır. Tarixən iqtisadiyyatın, ya da təsərrüfatın 3 әsas forması mövcud olmuşdur:
Bu formaların hər biri digərindən bir çox xüsusiyyətlərinə görə fərqlənir. Məsələn, natural təsərrüfat formasında insanlar yalnız öz tələbatlarını ödəmək məqsədilə məhsul istehsal edirdilər. Əmtəə təsərrüfatı formasında isə istehsal olunan məhsul satış məqsədi daşıyır. Bunun üçün insanlar öz tələbatlarından artıq məhsul istehsal etməyə başladılar. Tələbatdan artıq olan məhsul isə tərəflər arasında mübadilə edilir.
Bazar iqtisadiyyatı - tələb və təkliflər əsasında yaranan iqtisadi münasibətlərdir.