Ərazinin orta illik temperaturu, il ərzində günəşli saatların cəmi, yağıntıların orta illik miqdarı və ilin hansı dövründə düşməsi – kənd təsərrüfatı üçün aqroiqlim ehtiyatlarını əmələ gətirir. Aqroiqlim ehtiyatlarının əsas göstəricisi orta sutkalıq temperaturun +10°C-dən yuxarı olmasıdır. Yer kürəsində əkinçiliyin coğrafiyası, ilk növbədə, aqroiqlim ehtiyatlarının paylanmasından asılıdır. O həm də şəkərli bitkilərdə şəkərin, yağlı bitkilərdə yağın, ot bitkilərində zülalın miqdarına təsir edir. Ərazidə müşahidə olunan illik aktiv temperaturları cәmi hər hansı bitkinin əkilməsi üçün vacib şərtdir. Məsələn, çəltiyin becərilməsi üçün il ərzində 3900–4500°C, kartof üçün 1900–3300°C, buğda üçün 1600–2000°C, şəkər çuğunduru üçün 2400–3700°C aktiv temperatur cəmi tələb olunur.
Aktiv temperaturun illik miqdarı
– Mətn və aktiv temperaturların illik miqdar xəritəsindən istifadə edərək cədvəli tamamlayın:Bitkilər | Yayıldığı regionlar | Tələb okunan aktiv temperatur cəmi |
Çəltik (düyü) | ||
Kartof | ||
Buğda | ||
Şəkər çuğunduru |
Pambıq, çəltik, tərəvəz kimi yüksək miqdarda istilik tələb edən bitkilərin becərilməsində relyef amili də mühüm şərtlərdən biridir. Onlar, əsasən, düzənlik relyefdə əkilir. Düzənliklər kənd təsərrüfatı texnikasının istifadəsi və suvarma sisteminin quraşdırılması üçün əlverişlidir.